Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-may ayları ərzində əlilliyi olan 57 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Aktual.az xəbər verir ki, onlardan 29,7 mininə ambulator, 14 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.
Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.
Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
Xəbər 46 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR