Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

"Bizim vəzifəmiz hər bir insanın taleyinə aydınlıq gətirməkdir”.

Aktual.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

DTX rəisi bildirib ki, Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb.

"Ümumilikdə 11 576 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Oktyabrın 1-dək 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb. İnsan qalıqları üzərində aparılan ekspertizalar onların işgəncələrə məruz qaldığını göstərir. Bu əməllərə hüquqi qiymət verilməlidir”, – Əli Nağıyev vurğulayıb.

O qeyd edib ki, Ermənistan itkin düşmüş şəxslərlə bağlı bütün məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR