"Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb.
Aktual.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsi 7 fəsil, 28 maddədən ibarətdir.
Qanun layihəsi aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsi, aqrar məhsulların istehsalı və ilkin emalı üçün zəruri şəraitin yaradılması, habelə aqrar sahənin iqlim dəyişikliklərinə adaptasiyası, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə həmin sahədə dövlət tənzimləməsi və dövlət dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edəcək.
"Aqrar sahə haqqında” qanunun qəbulu ilə "Taxıl haqqında”, "Çayçılıq haqqında”, "Pambıqçılıq haqqında” və "Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv ediləcək. Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və "baza qanun – xüsusi qanunlar” modeli çərçivəsində yeni qanunla əlaqələndirilir.
Xəbər 41 dəfə oxunub.