Ərzaq qiymətlərinin artırılmaması üçün dövlət müdaxilə edəcək

Ərzaq qiymətlərinin artırılmaması üçün dövlət müdaxilə edəcək

Azərbaycanda fermerlərin iqtisadi mənafeyini qorumaq və ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə aqrar bazarda qiymətlərin tənzimlənməsinə yönələn dövlət müdaxiləsi nəzərdə tutulur.

Aktual.az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən dinləmə formatında iclasında müzakirə olunan "Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bu mexanizm "bazar intervensiyası” adlandırılır. Bu, tələb və təklif münasibətlərinə təsir göstərməklə qiymətlərin tənzimlənməsi üçün dövlətin aqrar bazara müdaxilə tədbirlərini əhatə edir.

Həmin tədbirlər sırasında aqrar bazarda ehtiyatların yaradılması, məhsul alışı və ya məhsulun anbarlarda saxlanması xərclərinin subsidiyalaşdırılması göstərilir.

Bazar intervensiyasının həyata keçirilməsi aqrar sahədə dövlətin vəzifələrindən biri kimi müəyyənləşdirilir. Layihədə ərzaq təhlükəsizliyi anlayışına əhalinin kifayət qədər ərzaqla təmin olunması ilə yanaşı, ərzaq məhsullarının qiymət sabitliyi də daxil edilir.

Sənəddə müdaxilənin hansı məhsullara və hansı qiymət hədlərində tətbiq ediləcəyi konkretləşdirilmir.
Xəbər 29 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR