“Əli Kərimlinin də həbsinə az qalıb…” – Elşən Musayevdən şok iddia!

“Əli Kərimlinin də həbsinə az qalıb…” –   Elşən Musayevdən şok iddia!

“Leyla Yunus məhkəmədə hələ çox artistlik edəcək. Buna əmin olun. Çünki başqa əlac yoxdur. İstintaq bütün cinayətləri sübuta yetirib. Belə olan halda isə səhhət mövzusu ilə gündəmə gəlməkdən, blef eləməkdən savayı ortalıqda heç bir variant qalmır”.

Bu fikirləri Aktual.az-a Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev Leyla və Arif Yunusların məhkəməsində baş verən son olaylara münasibət bildirərkən söyləyib.

“Adamlar diqqət yayındırmaq istəyirlər. Özlərini yazıq obraza salıb, məzlum sifət alıb diqqət yayındırmaq istəyirlər. Məhz diqqət yayındırmaq istəyirlər! Oysa ağlamaq, hönkürmək, bayılmaq deyil, günahsızlığı sübut etmək lazımdır! Bunu isə bacarmayacaqlarını çox gözəl bilirlər. Hətta vəkilin video – açıqlamasına baxın. O belə mövzunu ciddiyə almır, heç bir xoş perspektivə inanmır, müdafiə etdiyi şəxslərin - bataqlığın hansı həddində olduğunu anlayır, jurnalistlərin suallarını gülə - gülə cavablandırır.

Yaxşı bəs Əli Kərimli niyə özünə əl qatıb? O niyə məhkəmə qapısına qədər gəlib, dəmir barmaqlıqlara yazıq - yazıq sarılıb, gözündə də “Rembo” eynəyi müsahibələr verir, hə?! Olmayan iş. Deyilmi?!

Axı bu Kərimli ömrü boyunca tutulan, vurulan, çətinə düşən adamın yanında olmayıb, insanlardan yalnız ona lazım olan ana qədər istifadə edib. Daha sonra isə onları taleyin ümidinə buraxıb. Axı bu Kərimli bütün şüurlu fəaliyyəti boyunca silahdaşlarını, yol yoldaşlarını, dostlarını tapdalayıb, əzib, satıb + kəsdiyi çörəyə tüpürüb. Hətta sifarişli yazılarını yazan, onun bütün tapşırıqlarını qeyd – şərtsiz icra edən Seymur Həziyə belə sahib çıxmayıb. Yaxşı indi nə oldu bəs?! Daha doğrusu dəyişən nə oldu? Niyə Əli bəy anidən Leylanın üstündə bacı deyib ağlamaq, ona bu şəkildə dəstək vermək qərarı aldı? Hə? Səbəb?!

Səbəb sadədir: Çünki şərik işləri, müştərək “zibil”ləri var. Və əgər bu gün Leyla ağzını açıb hər şeyi danışsa o zaman əlli – ayaqlı gedənlərdən biri də Əli Kərimli olacaq. Yüz faiz! Əgər Leyla qazandığı pulları kimlərlə böldüyünü, hansı təyinat üzrə xərclədiyini dürüstcə açıqlasa nəzər və diqqətlərin ən çox cəlb olunduğu şəxs yenə Əli Kərimli olacaq. İnanın! Əgər Leyla erməni diasporası və anti – milli qüvvələrlə işbirliyini tam detallarına qədər xırdalasa torbanın içindən bu dəfə də Əli Kərimli çıxacaq. Şübhəniz olmasın!

Bax elə ona görə adam vahimə içindədir. Özünü sığortalamaqla, əlbir olduğu cinayətləri ört - basdır eləməklə məşğuldur. Amma çox uzun getməz. Əmin olun ki, çox uzun getməz. Əli Kərimlinin də qanun və hüquq - mühafizə orqanları qarşısında cavab verəcəyi gün, onun da həbsə alınıb haqqı olan cəzanı çəkəcəyi gün uzaqda deyil” – deyə Partiya sədri fikirlərinə davam edib.

 
Xəbər 6196 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR