Elgiz və Xoşqədəmin verilişləri barədə qərar

Elgiz və Xoşqədəmin verilişləri barədə qərar

ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib.
Aktual.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu "Elgizlə izlə” verilişi 14:00-:16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu "Xəbər ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq.
Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb.
Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan "Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.
Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR