Əfqanıstan silahlı qüvvələrinin sayı il ərzində 12% azalıb

Əfqanıstan silahlı qüvvələrinin sayı il ərzində 12% azalıb

Əfqanıstan Milli Silahlı Qüvvələrinin (ADNSF) sayı il ərzində "Taliban" radikal hərəkatının ölkənin yeni dairələrinin işğalı fonunda 12 faiz azalıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Əfqanıstanın bərpası üzrə xüsusi baş inspektorunun hesabatında deyilir.
Hesabatda bildirilir: "ABŞ Silahlı Qüvvələri məlumat verib ki, ANDSF-in yanvar ayı üçün sayı 296409 nəfər təşkil edib. Bu rəqəmlər ötən ilin anoloji dövrü ilə müqayisədə 12 faiz azdır. Ümumilikdə ANDSF-in sayı 35999 nəfər azalıb".

Sənəddə qeyd edilir ki, hazırda Əfqanıstanın 14,5 faiz dairələrinə "Taliban" nəzarət edir.
 
Aktual.az 
Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR