Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib

Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib

 Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib.

"Report” xəbər verir ki, yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanuna əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.
Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.
Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.
 
Aktual.az
Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR