Dünya çempionatında Argentina azarkeşlərinə qadağa qoyuldu

Dünya çempionatında Argentina azarkeşlərinə qadağa qoyuldu

Argentinalı azarkeşlərin Malvin (Folklend) adalarının təsviri olan köynəklərlə və ya bayraqlarla dünya çempionatının İngiltərə ilə yarımfinal oyununa buraxılmayacağı bildirilib.
Aktual.az xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Alexandra Monteoliva "La Voz" radiosunun efirində "Malvin adaları Argentinaya məxsusdur" yazısı olan köynəklə oyuna daxil olmağın mümkünlüyü ilə bağlı sualı cavablandırarkən məlumat verib.
"Qəbul edilmiş tədbirlərə əsasən, üzərində siyasi mesaj olan bayraq və ya köynəklə oyuna daxil olmaq mümkün olmayacaq", - deyə nazir bəyan edib.
Qeyd edək ki, İngiltərə millisinə qarşı keçiriləcək oyun Malvin (Folklend) adaları ətrafındakı ərazi mübahisəsinə görə Argentinada xüsusi rəmzi məna daşıyır. Məhz bu mübahisə səbəbindən 1982-ci ildə ölkələr arasında hərbi münaqişə alovlanmışdı.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR