DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi”nə yürüş təşkil edib.

Bu barədə Aktual.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam heyətdə müəyyən olunmuş marşrut üzrə "Heydər zirvəsi”nə qalxmışlar. Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR