Polisə atəş açan silahlı öldürülüb

Polisə atəş açan silahlı öldürülüb

Dağıstanda polis əməkdaşlarına atəş açan silahlı şəxs öldürülüb.


APA-nın verdiyi məlumata görə, bu barədə “Interfaks” agentliyinə Dağıstan DİN mətbuat xidmətindən bildiriblər.  

 

Silahlı insident ötən gün yerli vaxtla 21.30 radələrində Xasavyurt şəhəri ətrafında baş verib.

 

“Polis əməkdaşları avtomobili saxlamağa cəhd edib, lakin maşının salonunda olan şəxs polisə atəş açıb. Cavab atəşi ilə cinayətkar məhv edilib”, deyə mətbuat xidmətinin nümayəndəsi qeyd edib.

 

Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir, öldürülən şəxsin kimliyi müəyyənləşdirilir.   


Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR