Damcılı mağara düşərgəsində beynəlxalq arxeoloji ekspedisiya tədqiqatlar aparacaq

Damcılı mağara düşərgəsində beynəlxalq arxeoloji ekspedisiya tədqiqatlar aparacaq

"Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparacaq.
Aktual.az xəbər verir ki, beynəlxalq ekspedisiya Damcılı mağara düşərgəsində növbəti tədqiqat işlərinə avqustun 15-dən start verib.
Tədqiqat işləri sentyabrın 2-dək davam edəcək. Tədqiqat işlərinə Tokio Universitetinin professoru Yoşihiro Nişiaki və arxeoloq Yaqub Məmmədov rəhbərlik edir.
Bu vaxtadək aparılan tədqiqatlar nəticəsində ərazidə Tunc, Neolit, Mezolit və Orta Paleolit dövrlərinə aid təbəqələr aşkar olunub. Beynəlxalq ekspedisiya qoruq ərazisində işlədiyi illərdə müxtəlif dövrlərə aid alətlər, heyvan sümükləri, bitki toxumları, dövrü tam bəlli olmayan bir neçə qutu qəbir aşkar ediblər. Mezolit dövrünə aid daha yüksək elmi nəticələr əldə olunub. Burada qazıntı işləri 3 metrə qədər genişləndirilərək qayaların alt tərəfində aparılır. Daha sonraOrta Paleolit dövrünə aid edilə bilən 100-dən çox çaxmaq daşı və obsidian artefaktı əldə edilib.

Xəbər 2900 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR