Daha bir ərazidə söküntü işləri başladı - FOTOLAR

Daha bir ərazidə söküntü işləri başladı  - FOTOLAR

Bakı şəhərinin Yasamal rayonunda iki küçənin yenidən qurulması işlərinə başlanılıb.

 Aktual.az "Report"a istinadən xəbər verir ki,Nəqliyyat Nazirliyinin  “Azəryolservis” ASC-dən daxil olan xəbərə görə, bu, Balababa Məcidov və Abdulla Şaiq küçələridir.
B.Məcidov küçəsinin yenidən qurulan ərazisi Cəfər Cabbarlı küçəsi ilə Nəriman Nərimanov prospekti arasında yerləşən təqribən 560 metrlik hissəsidir, A.Şaiq küçəsinin isə təmir-tikinti işlərinin aparıldığı ərazisi B.Məcidov və Mirzə Ağa Əliyev küçələri arasında yerləşən təqribən 635 metrlik hissəsidir.
Hər iki küçədə mövcud olan təqribən 8-9 metrlik yolun eni genişləndirilərək 15 metrə çatdırılması planlaşdırılır. Bu səbəbdən yolun hərəkət hissəsinə düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bununla paralel olaraq köhnə asfalt-beton örtüyü də qaşınaraq ərazidən daşınır.
Sözügedən küçələrin yenidən qurulması işləri çərçivəsində 1-1,5 metr dərinlikdə yeni yol yatağı salınacaq, yeni yağış-kanalizasiya sistemi tikiləcək, hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri və yeni işıqlandırma sistemləri qurulacaq, səkilərin kənarlarına təqribən 2 500 paqon-metr səki daşı düzüləcək. Ümumilikdə, B.Məcidov və A.Şaiq küçələrinin təqribən 18 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək.

Xəbər 631 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR