DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb

DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb

19 iyul, bazar günü keçiriləcək Dünya Kuboku finalında hissələrarası fasilənin 20-25 dəqiqə davam edəcəyi gözlənilir.
Aktual.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, fasilə zamanı məşhur müğənnilər - Castin Bieber, Madonna, Şakira və Koreyanın oğlan musiqi qrupu BTS-in birgə çıxışları ilə 11 dəqiqəlik "Super Boul” üslubunda şou keçiriləcək.
Qeyd edək ki, keçən il baş tutan klublararası Dünya Kuboku finalının fasiləsi Koldpley, J Balvin, Doja Ket, Tems və Emmanuel Kellinin çıxışları səbəbindən 24 dəqiqə davam edib.
Xatırladaq ki, dünya çempionatının ilk finalçısı dünən Fransa millisini 2:0 məğlub edən İspaniya olub.
Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR