Avtobus minaya düşüb, 3 nəfər ölüb

Avtobus minaya düşüb,       3 nəfər ölüb

Ukraynanın Donetsk vilayətində sərnişin avtobusunun minaya düşməsi nəticəsində 3 nəfər ölüb.

 

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Qorlovka- Artemovsk marşrutu ilə hərəkət edən avtobusda 20-dən artıq sərnişin olub.

 

Xəsarət alanların dəqiq sayı barədə məlumat verilməsə də, 6 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.  

 

Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəis müavini İlya Kiva bildirib ki, avtobus nəzarət-buraxılış postu yaxınlığında minaya düşüb.


Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR