Beynəlxalq Valyuta Fondu 2026-cı ildə Azərbaycanın xarici ticarət balansının yaxşılaşdığını bildirib.
Aktual.az xəbər verir ki, bu barədə Fondun oktyabr hesabatında qeyd olunub.
Hesabata əsasən, Qafqaz və Mərkəzi Asiya regionunda xarici ticarət balansının dinamikası ölkələr üzrə fərqlənib.
Belə ki, regionun bir sıra neft idxalçısı ölkələrində ticarət balansı zəiflədiyi halda, neft ixracatçıları olan Azərbaycan və Qazaxıstanda bu göstərici yaxşılaşıb.
BVF qeyd edir ki, Ermənistanda və Özbəkistanda ticarət balansının zəifləməsi əsasən ixrac gəlirlərinin azalması, Tacikistanda isə idxal xərclərinin artması ilə əlaqədardır.
Xəbər 73 dəfə oxunub.