2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub.
Aktual.az Qaynarinfo-a istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 4 327,8 manat təşkil edib.
Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaşı 2 530,2 manat, qeyri-dövlət işçilərinin orta aylıq maaşı isə 5 189,2 manat təşkil edib.
Sonrakı yerlərdə maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə sahəsi gəlir.
Xəbər 46 dəfə oxunub.