Bu ölkədə 38 ildən sonra prezident seçkiləri keçirildi

Bu ölkədə 38 ildən sonra prezident seçkiləri keçirildi
  • DÜNYA

Afrika ölkələrindən biri olan Anqolada keçirilən prezident seçkilərinin səsvermə və səsləri sayma mərhələləri başa çatıb.

Publika.az xəbər verir ki, 38 ildən sonra prezident postunu tərk edən Xose Eduard Dos Santosun yerinə Joa Lourenso gələcək.
Səsvermənin nəticələri tam dəqiqləşməsə də, hazırki prezidentin də dəstəklədiyi namizədin seçiləcəyinə heç bir şübhə yoxdur. Çünki iqtidar partiyasının üzvü olan Lourenso ilə birlikdə daha 5 partiyadan namizədlər yarışıb, lakin Lourenso açıq səs fərqi ilə önə keçib.
Afrikanın önəmli neft ölkələrindən olan Anqolada prezident seçkilərini bu qədər önəmli edən faktor sonuncu seçimin 38 il əvvəl həyata keçirilməsidir. Digər faktor isə 38 ildir prezident olan Dos Santosun namizədliyini irəli sürməməsidir.


Aktual.az
Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR