Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır

Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır

 Bu həftə Azərbaycanın orta məktəblərində qış tətili başlayır.


"Report” xəbər verir ki, 2018-2019-cu dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək.

Tətil yanvarın 31-dək davam edəcək. Fevralın 1-də dərs olacaq. 

Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR