Peskov: Bizə atəşkəs yox, sülh lazımdır

Peskov: Bizə atəşkəs yox, sülh lazımdır
  • DÜNYA

Rusiya Ukrayna münaqişəsi üzrə müvəqqəti atəşkəs deyil, sülhün son şəkildə əldə edilməsinin tərəfdarıdır.

Aktual.az xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks" agentliyinə açıqlama verib.

"Heç nə dəyişməyib. Bizə atəşkəs deyil, sülh lazımdır", - o bildirib.

Bu arada, Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu çərşənbə günü günün birinci yarısında Peterburqdakı Konstantinovski sarayında qəbul edəcək.
Xəbər 114 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR