Bu ərazilərdə internet pulsuz olacaq

Bu ərazilərdə internet pulsuz olacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxtın bir sıra ictimai yerlərində pulsuz "Wi-Fi" xidmətinin istifadəyə verilməsi üzrə işləri başa çatdırır.

İB-dən Trend-ə bildiriblər ki, hazırda operatorun mütəxəssisləri tərəfindən Bakı bulvarı və Dövlət Bayrağı Meydanının ərazilərində "Wi-Fi" şəbəkəsinə çıxış nöqtəsinin quraşdırılması işləri başa çatdırılıb.

Bundan başqa, İçərişəhər ərazisində avadanlıqların instalyasiyası üzrə işlər yekunlaşıb, növbəti mərhələdə isə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində ödənişsiz internetin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR