ABŞ-dan gözlənilməz: Rusiya banklarına "yaşıl işıq"

ABŞ-dan gözlənilməz: Rusiya banklarına

ABŞ Maliyyə Nazirliyi enerji sektorunda hesablaşmalar üçün Rusiya banklarına, o cümlədən VTB, Mərkəzi Bank, "Sberbank” və "Alfa Bank” ilə əməliyyatlara icazə verib.
Aktual.az  xəbər verir ki, nazirliyin verdiyi lisenziyaya əsasən, əməliyyatlara qoyulan qadağa 2024-cü il noyabrın 1-dək götürülüb. İcazə müddətinin uzadılması da mümkündür.
Maliyyə Nazirliyinin lisenziyasında "Otkritie Bank”, "Sovkombank”, "Rosbank”, "VEB.RF”, "Zenit Bank” və "Bank Sankt-Peterburq” da qeyd olunur.
Bildirilir ki, enerji ilə bağlı əməliyyatlar neftin və bir sıra digər enerji resurslarının, o cümlədən LNG, ağac, kömür və uranın çıxarılması, hasilatı, emalı, mayeləşdirilməsi, daşınması və ya satın alınması ilə bağlı olacaq.
Xatırladaq ki, 2022-ci ildə Ukraynanın Rusiyaya hərbi müdaxiləsindən sonra Rusiya banklarına qarşı ABŞ sanksiyalar tətbiq etməyə başlayıb.
Xəbər 112 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR