Bu əməkdar artistlər “Əmək” ordeni ilə təltif edildi

Bu əməkdar artistlər “Əmək” ordeni ilə təltif edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az xəbər verir ki, sərəncama əsasən muğam və Azərbaycan xalq mahnılarının ifaçısı, əməkdar artist (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Yaqut Babakişi qızı Abdullayeva, Azərbaycan aktyoru və bədii qiraətçi, əməkdar artist (2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Azad Hətəm oğlu Şükürov, kamança ifaçısı, əməkdar artist Mirnazim Müştəba oğlu Əsədullayev 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif olunub.
Xəbər 2474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR