Braziliyada gecə klubunda 14 adamı güllələdilər

Braziliyada gecə klubunda 14 adamı güllələdilər
  • DÜNYA

Braziliyada gecə klubuna hücum nəticəsində 14 nəfər öldü.

Aktual.az modern.az-a istinadla xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Fortalez şəhərində qeydə alınıb. Naməlum şəxslər gecə klubuna soxularaq atəş açıblar. Hücum zamanı ən azı 14 nəfər ölüb. Onların arasında iki yetkinlik yaşına çatmayan yeniyetmə də var. Bir neçə yaralını, o cümlədən 12 yaşlı oğlanı xəstəxanaya çatdırıblar.
Güman olunur ki, hücumçular narkotik maddə alveri ilə məşğul olan yerli cinayətkar qruplaşmanın üzvləridir. Onlar gecə klubuna 3 maşında gəliblər. Amma qətliamın hansı səbəbdən törətdikləri bilinmir.
Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR