Şagirdlərin birinci sinfə qəbuluna may ayının əvvəlindən start veriləcək.
Aktual.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, qeydiyyat 1-6 may tarixində aparılacaq.
"70-80 yaxın müəssisədə prioritet qəbul həyata keçiriləcək. İlk növbədə həmin ərazidə yaşayan şəxslər üçün qeydiyyat açıq elan ediləcək, daha sonra isə digər şəxslər qeydiyyatdan keçə biləcəklər”, - Eşqi Bağırov vurğulayıb.
Xəbər 38 dəfə oxunub.