“Bir azca kişi ol!” Partiya sədrindən növbəti Arif Məmmədov açıqlaması

“Bir azca kişi ol!”    Partiya sədrindən növbəti Arif Məmmədov açıqlaması

Azərbaycan dövləti təcili tədbir görməli və bu xəyanətkar insanın Norveçə gedişini əngəlləməlidir. Çünki Arif Məmmədovun ayın 29 na nəzərdə tutulan Norveç səfəri çox güman rəsmi xarakterlidir. Onun səlahiyyətlərinə xitam verildiyi təqdirdə isə adamın bütün məkrli planları fiaskoya uğrayacaq”.

Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Arif Məmmədovun Steynar Gil vasitəsilə sosial şəbəkələrə otürmüş olduğu mesaja münasibət bildirərkən söyləyib.

“Səfir öz keçmiş həmkarına deyir ki, əlimdə SOSməlumatlar var. Hansı SOS - dan danışırsan sən, ay diplomat? - Azərbaycan əleyhinə yığdığın danoslardan yoxsa həyat kredona çevirdiyin “işverənlik” fəlsəfəndən?

Ta neynirdin Steynar Gili, elə birbaş Əli Kərimliyə müraciət edib öz arzularını, niyyətlərini “Azadlıq” qəzeti ilə tirajlayaydın da. Nə fərq olacaqdı ki? Mahiyyət dəyişmir onsuz. İkisi də eyni xislətin daşıyıcısıdır.

Ayıbdır, Arif Məmmədov. Vallah ayıbdır. Bu dövlətin, bu hökümətin sənə verdiyi çörək burnundan gələr, gözünə durar. İnan. Bir azca kişi ol. Tutduğun vəzifədən istefa ver və müxalifətə keçdiyini bəyan et.Bəlkə o zaman indiki rəzil vəziyyətinə nisbətdə daha babat görünərsən. Yəni, heç olmazsaoyun oynamarsan,  özün olarsan” –  deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 7020 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR