Biləsuvarda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert olub

Biləsuvarda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert olub

Biləsuvar rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində respublikanın tanınmış musiqiçilərinin müşayəti ilə geniş konsert proqramı nümayiş edilib.
Aktual.az məlumatına görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin məsul əməkdaşları, eləcə də, rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisələrin rəhbərlər və kollektivləri, şəhid ailələri, ictimaiyyətin nümayəndələri iştirak edib.
Konsertdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti və Xalq artisti Gülyaz Məmmədova, Respublika va beynəlxalq müsabiqələr laureatı Rəvanə Qurbanova, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Taleh Yahyayev və digər solistlər çıxış ediblər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı konsertin sonunda solistlərlə görüşərək onlara yüksək səviyyədə keçirilən proqrama görə xoş arzularını bildirib və Biləsuvar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim edib.
Xəbər 950 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR