“Bayer”in ulduzu “Qarabağ”ın oyunundan danışdı

“Bayer”in ulduzu “Qarabağ”ın oyunundan danışdı

"Qarabağ" matça çox yaxşı hazırlaşmışdı. Hətta qələbə də qazana bilərdi.
Aktual.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer" matçından sonra qonaqların üzvü Florian Virtz almaniyalı jurnalistlərə açıqlamasında bildirib.
Almaniya millisinin üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını vurğulayıb:
"Qarabağ" ilk hissədə möhtəşəm oyun sərgilədi. Layiq olduqları 2 qolu vurdular. İkinci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR