Bakıda qalib gələn idmançıya 96 min dollar verildi

Bakıda qalib gələn idmançıya 96 min dollar verildi
  • İDMAN

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib.

Dünya Kubokunun mətbuat xidmətindən verilən  məlumata görə, tədbirdə ilk olaraq Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib:

“Biz çox sevinirik ki, qonaqlar Dünya Kubokunda yaradılan şəraitdən razı qaldı. 128 şahmatçının iştirak etdiyi turnirdə güzəştsiz mübarizənin şahidi olduq. Özəlliklə finalda möhtəşəm oyun izlədik”.

Azad Rəhimov bildirib ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxışına böyük marağın olması sevindirici haldır:

“Oyun günlərindən birində 600-ə yaxın tamaşaçının şahmat oyunlarını izləməsi xüsusi vurğulanmalıdır. Dünya Kuboku və Şahmat Olimpiadası kimi mötəbər yarışları Bakıya həvalə etdikləri üçün FİDE rəhbərliyinə təşəkkürümü bildirirəm. İnanırıq ki, Şahmat Olimpiadası da Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək”.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov gələn il Şahmat Olimpiadasının da yüksək təşkilatçılıqla fərqlənəcəyini bildirib. AŞF rəhbəri FİDE ilə əməkdaşlıq barədə məlumat verib.

Mükafatlandırma mərasimində FİDE prezidenti Dünya Kubokunu yarışın qalibi Sergey Karyakinə təqdim edib. Reqlamentə əsasən Karyakin həmçinin 96 min dollara sahib çıxıb.\oxu.az

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR