XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.
Aktual.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Qaliblər nominasiyalar üzrə "Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Beynəlxalq müsabiqə
"Ən yaxşı animasiya filmi rejissoru” - Rejissorlar Sedrik Ayqat və Devid Ven de Ueyer "Cadugər-pəri” animasiya filmi. Belçika-Bolqarıstan.
"Ən yaxşı animasiya” - "Fabuladakı canavar” animasiya filmi. Rejissorlar Vuk Palibrk və Tanya Brzakovic. Serbiya.
"Münsiflər heyətinin xüsusi qeydi” - "Hədis” animasiya filmi. Rejissor Nəzrin Ağamalıyeva. Azərbaycan-ABŞ-Çexiya istehsalı.
"Münsiflər heyətinin xüsusi qeydi” - "Raket start meydançasında olanda” sənədli filmi. Rejissor Bahau Liu. Çin-ABŞ istehsalı.
"Münsiflər heyətinin xüsusi qeydi” - "Divar” filmi. Rejissor Evrim İnci. Türkiyə.
"Ən yaxşı sənədli film rejissoru” - Rejissor İman Behruzi . "Üç bacı” filmi. İran.
"Ən yaxşı sənədli film” - "Qalina Petrovna” filmi. Rejissor Nikita Lovetski. Qırğızıstan.
"Münsiflər heyətinin xüsusi mükafatı” - "Teruel ətrafında” bədii filmi. Rejissor Manuel Omonte. İspaniya.
"Münsiflər heyətinin xüsusi qeydi” - "Aykuo” bədii filmi. Rejissor Ayal Adamov. Rusiya.
"Münsiflər heyətinin xüsusi qeydi” - "Bir az sevgi” filmi. Rejissor Aycan Qasımbəy. Qazaxıstan.
"Ən yaxşı montaj” - "Dava haqqında əsl həqiqət” filmi. Rejissor: Andrea Slaviçek. Xorvatiya-İspaniya.
"Ən yaxşı ssenari” - "Şeytan” filmi. Rejissor Yan Buynovski. Polşa.
"Ən yaxşı rejissor” - Rejissor Kövsər Yunis. "Rəfiqəm” filmi. Misir.
"Ən yaxşı bədii film” - "Heç biri”. Rejissor Patrisio Martines və Fransisko Kanton. Argentina.
"Asiya istedadları”
"Ən yaxşı ssenari” - "Toy mahnısı” filmi. Rejissor Ədalət Ömərov. Qırğızıstan.
"Ən yaxşı rejissor” - Rejissor Erinç Durlanık. "Satıcının bir günü” filmi. Türkiyə.
"Ən yaxşı film” - "Haçalanmış uclar”. Rejissor Əlirza Kazemipur. İran.
Yerli müsabiqə
"Cinemobil” – "Saatsaz” – Rejissor Hüseynağa Aslanov.
"Azərbaycanfilm” kinostudiyasının "Rasim Ocaqov” mükafatı - "Birlikdə, tək” - Rejissor Qasım Ordek .
Azərbaycan Prodüserlər Gildiyasının "Ən yaxşı prodüser" diplomu - Emil Nəcəfov.
"Münsiflər heyətinin diplomu” – "Arxa cəbhə” – Rejissor Gülay Babayeva.
"Ən yaxşı tələbə filmi” – "Pianist” – Rejissor Məmmədəmin Əlizadə.
"Ən yaxşı sosial çarx” – "Xocalı” - Rejissor Vüsal Həmdullayev.
"Ən yaxşı sənədli film” – "Sabahın xeyir, Sübh anası” - Rejissor Kürçaylı Məmmədov.
"Ən yaxşı rejissor” – "Nəfəs” – Rejissor Elmar Bayramov.
"Ən yaxşı ssenari” – "Qütb ulduzu” – Rejissor Şirin Əhmədov.
"Ən yaxşı bədii film” – "Salam İsa” – Rejissor Səməd Ağayev.
Xəbər 2904 dəfə oxunub.