Bakıda "bar qızları" arasında dava - pivə butulkası ilə üzünə "şram" atdı

Bakıda

Bakıda bir müddət öncə gecə klubunda qadınlar arasında baş verən davaya görə cinayət işi açılıb.

Aktual.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonunda baş verib. Gecə 04 radələrində R.Rüstəmov küçəsindı yerləşən gecə klubunda qızlar arasında insident yaşanıb. Göyçay rayon sakini 1998-ci il təvəllüdlü Qönçə Nağıyeva həmin vaxt orada olan Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Anarə Qasımova ilə mübahisə edib. Q.Nağıyeva əlində olan pivə butulkasını sındıraraq onunla A.Qasımovanın sifətdən vuraraq "şram" atıb.

Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam edir.

// Aktual.az

Xəbər 7800 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR