Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü olacaq

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü olacaq

Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin noyabrın sonlarında görüşü razılaşdırılıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
 
E. Məmmədyarov deyib ki, görüş Bakıda keçiriləcək: "Bu ölkələr dünyada siyasi və iqtisadi nöqteyi-nəzərdən vacib oyunçulardır. Ona görə xarici işlər nazirləri səviyyəsində bütün çağırış və təhdidlərin, imkanların müzakirə olunması üçlü formatda müzakirəsi çox faydalıdır. Əgər ciddi təkliflər, məsələlər ortaya çıxarsa, üç ölkənin prezidentlərinin də görüşü mümkündür".
ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabr ayının ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü nəzərdə tutulur.
 
O, görüşün dəqiq tarixinin və yerinin isə hələlik müəyyənləşmədiyini deyib.
 
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilib-keçirilməyəcəyi isə həmsədrlərlə görüşdən sonra məlum olacaq.
Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR