57 yaşlı rus Almaniyada 2 ukraynalı hərbçini öldürdü

57 yaşlı rus Almaniyada 2 ukraynalı hərbçini öldürdü

Almaniyanın Murnau şəhərində iki ukraynalı hərbçi öldürülüb.
Aktual.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, hərbçilər şəhərdəki ticarət mərkəzinin yaxınlığında bıçaq yarası almış vəziyyətdə tapılıb. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.
Ukrayna Xarici İşlər Nazirliyi öldürülən şəxslərin Almaniyada tibbi reabilitasiya kursu keçdiklərini bildirib. Nazirlik hərbçilərin harada xidmət keçdiklərini aydınlaşdırmağa və qohumları ilə əlaqə saxlamağa çalışdıqlarını qeyd edib.
Qətllə bağlı 57 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
Almaniyanın məxfilik haqqında qanunlarına görə, qurbanların və şübhəlinin adları gizli saxlanılır.
Xəbər 139 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR