"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək.
Aktual.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz" atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.
2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.
Xəbər 37 dəfə oxunub.