Azercell satışa çıxarıldı? - Açıqlama

Azercell satışa çıxarıldı?   - Açıqlama

Azercell şirkətin hissələrinin satılmasıyla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, şirkətin korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya  açıqlamasında bildirib ki, “Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir. 

“Xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom 4.5 milyonluq abunəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır. Hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi.

Bundan basqa 01 iyun 2016-ci il tarixindən qüvvəyə minən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud Lisenziyaları qeyri - məhdud müddətə uzadılmış hesab edilir”, - deyə, N.Şıxlinskaya bildirib.

Xəbər 652 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR