Azərbaycanlı qız "fantastik ifa"sı ilə hər kəsi təəccübləndirdi - Kopenhagendə

Azərbaycanlı qız

Kopenhagen şəhərindəki BMT-nin binasında keçirilən BMT Ümumdünya Sülh Federasiyasının "Ailə və sülh” tədbirində "Azərbaycan- Danimarka Dostluq cəmiyyəti” tərəfindən dəvət alan, Bakı Atatürk Liseyinin X, T.Quliyev adına 12 saylı musiqi məktəbinin VIII sinif şagirdi, Respublika ve Beynəlxalq Müsabiqələr Laureatı Ayan Eyvaz qızı Məmmədli "Biz sülh istəyirik” mövzusunda çıxışıyla və pianoda milli, avropa musiqilərini uğurla ifa etməsi il tədbirin ən yaxşı iştirakçısı seçilmişdir. 
 
Aktual.az xəbər verir ki, bu münasibətlə BMT yanında ÜSF-nin sədri Korston Nihelsen, həmsədrleri Nobıhiro İqaraşı , Torkl Çristensen tərəfindən Azərbaycana xüsusi təşəkkür məktubu imzalanmış və məktubda Ayanın "fantastik ifa” göstərməyi xüsusi qeyd edilmişdir. 

ÜSF-nin "Beynəlxalq Ailə Günü”nə həsr olunmuş bu möhtəşəm tədbirdə Ayanın cəsarətlə çıxış edərək, ölkəsinin ermeni təcavüzünə məruz qalması, "Xocalı faciəsi” haqqında dünya ictimaiyyətinin nümayəndələrinə həqiqətləri söyləməsi və musiqi ifasıyla öz kimliyini bir Azərbaycanlı ailəsinin üzvü kimi bir daha sübut edib, uğurla öz vətənini layiqincə təmsil etməsi,15 yaşlı gəncin Müstəqil Respublikasının 100 illik bayramına ən böyük tövhəsi olmuşdur!
 
Aktual.az
Xəbər 738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR