Azərbaycanı gənc bəstəkar ABŞ-da birinci yerin qalibi olub

Azərbaycanı gənc bəstəkar ABŞ-da birinci yerin qalibi olub

Azərbaycanlı gənc bəstəkar Londonda keçirilən beynəlxalq müsabiqədə birinci yerin qalibi olub.
Elchi.az xəbər verir ki, gənc və istedadlı bəstəkar Vəfa Bağırzadə 44 günlük vətən müharibəsi ərəfəsində Kamança və fortepiano üçün bəstələdiyi "Yurd harayı" əsəri ilə Londonda keçirilən "Golden Time Talent" beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.
Bir çox ölkələrdən musiqiçilərin iştirak etdiyi müsabiqədə gənc bəstəkar " bəstəkar, instrumental musiqi" nominasiyası üzrə göstərdiyi ən yüksək nəticəyə görə mükafatlandırılıb. Qalib olaraq V. Bağırzadəyə "Golden Time Talent Award ” mükafarları təqdim edilib.
Qeyd edək ki, gənc bəstəkar bundan başqa bir çox digər müsabiqə və festivallarda yüksək nəticələr göstərərək diplomlara layiq görülmüşdür. Xatırladaq ki, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan V.Bağırzadə 2020 - ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatına layiq görülüb.
]
Xəbər 1456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR