Azərbaycan Almaniyanın "Der Şpigel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını hallandırmasına etiraz edib.
Aktual.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya XİN-ə bununla bağlı öz etirazını bildirib.
Qeyd edək ki, Almaniyanın "Der Şpigel" nəşri mənbələrə istinadən Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninqlə bağlı aparılan istintaqda Azərbaycanın adını hallandırıb. Nəşr iddia ki, Avqust Hanninq 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.
Əlavə edək ki, Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayıb.
Xəbər 49 dəfə oxunub.