Bakıda zəfər yürüşü başa çatdı (FOTO/VİDEO/YENİLƏNİB)

Bakıda zəfər yürüşü başa çatdı (FOTO/VİDEO/YENİLƏNİB)

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən genişmiqyaslı yürüş başa çatıb.

Aktual.az xəbər verir ki, aksiya Hərbi Qənimətlər Parkında yekunlaşıb.

 
 11:08

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş davam edir.

"Report" xəbər verir ki, aksiya iştirakçıları "Neftçilər" prospekti ilə Hərbi Qənimətlər Parkına doğru irəliləyirlər. 

Yürüşə Vətən müharibəsi qaziləri də qoşulublar.

İştirakçılar alqış sədaları altında "Yaşasın Azərbaycan", "Qarabağ Azərbaycandır", "Qələbə" şüarları səsləndirirlər. 
 
 10:12

Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb.

Aktual.az Report-a istinadən xəbər verir, ölkənin şəhər, rayon və kəndlərində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü qeyd edilir.

İnsanlar axın-axın Şəhidlər xiyabanlarını ziyarət edir, Vətən uğurunda canlarından keçənlərin ruhuna dualar oxuyurlar.

Küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayrağı ilə bəzədilib.

Azərbaycanın məscidlərində "Şükür” namazları qılınır.

Saat 10:00-da Bakıda genişmiqyaslı yürüş başlayacaq. Aksiya Azneft dairəsindən start götürəcək və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

 
Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR