Azərbaycanda ipoteka kreditləşməsi azaldı

Azərbaycanda ipoteka kreditləşməsi azaldı

AMB məlumat yaydı.

2015-ci ilin sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 71,8 milyon manat məbləğində ipoteka krediti verilib.

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) son yaydığı hesabatda qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır. Son 1 ildə kreditlərin məbləği 722 manat artaraq 40 700 manata çatıb. Kredit üzrə aylıq ödəniş isə 21 manat azalaraq 298 manata düşüb.

İpoteka kreditlərinin orta illik faiz dərəcələri isə 6,82%-dən 6,72%-ə enib.

Qeyd edək ki, kreditlərin orta müddəti isə 280 ay təşkil edib.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR