Azərbaycanda evə ildırım düşdü: 84 yaşlı nənə şokdadır - VİDEO

Azərbaycanda evə ildırım düşdü: 84 yaşlı nənə şokdadır   - VİDEO

Astarada 6 nəfərin yaşadığı evə ildırım düşüb.

Nəticədə ev yaşayış üçün yararsız vəziyyətə düşüb.

Aktual.az region.tv-yə istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Şiyəkəran kənd sakini Zöhrab Dadaşova məxsus evdə qeydə alınıb.

Belə ki, təqribən saat 10:00 radələrinə evin birinci mərtəbəsində oturan 8 nəfərdən ibarət ailə üzvləri evdə partlayışa bənzər səs eşidərək ikinci mərtəbəyə qalxıblar. Bu zaman bütün işıqlar sönərək tüstüyə qərq olan evdə güclü təkanlar baş verib.

İldırımının evə haradan daxil olmasını təyin etmək isə hələ də mümkün olmayıb. İlkin ehtimala görə, ildırım əvvəlcə yaşayış evinin arxasında olan elektrik dirəyindəki sayğacı sıradan çıxarıb, daha sonra naqillər vasitəsilə evə daxil olub. Bundan sonra divar daxili çəkilən elektrik xətlərini və otaqları yararsız hala salaraq damdan çıxıb.

Baş verən hadisədə ciddi xəsarət alan olmasa da, 84 yaşlı nənə hələ də olayın şokundan özünə gələ bilməyib və bir müddərdir ki, danışmır.

Həmin hadisə ilə bağlı süjeti təqdim edirik:

Xəbər 838 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR