Azərbaycanda daha bir unikal əməliyyat - VIDEO

Azərbaycanda daha bir unikal əməliyyat  - VIDEO

Azərbaycanın tanınmış ginekoloq-cərrahı, Fransa təhsilli Dr. İlahə Quliyeva ölkə tibbi üçün yenilik sayılacaq ilkə imza atıb.

Avropanın və dünyanın aparıcı ölkələrinin təcrübəsində istifadə edilən, Azərbaycanda isə çox nadir əməliyyatlardan sayılan Tək portlu ginekoloji laparoskopik əməliyyatlar qarnın ön divarında yeganə təbii dəlik olan göbək içindən keçməklə, qarın boşluğu və çanaq orqanları üzərində əməliyyatların aparılmasına imkan yaradır.

Aktual.az-a danışan Dr. İlahə Quliyeva bildirib ki, Tək portlu laparoskopiyanın əsas aparılma sxemi göbək içindən 1,5 sm ölçülü kəsik apararaq, qarın boşluğuna daxil olmaq və məxsusi çox kanallı tək portu göbəkdə yerləşdirməkdir. Daha sonra qarın boşluğu qazla şişirdilərək, əməliyyat üçün effektiv görüntü yaradılır. Beləliklə, tək portlu əməliyyatlar üçün nəzərdə tutulmuş alətlər və portdan istifadə etməklə, müdaxilə zamanı klassik laparoskopiyada qarnın ön divarında çoxsaylı dəliklərin açılması və açıq üsullu əməliyyatlarda böyük ölçülü kəsiyin aparılmasına ehtiyac olmur. Nəticə etibarı ilə tam estetik, çapıqsız, ağrısız əməliyyatın icrası baş tutur.

Tək portlu ginekoloji laparoskopik əməliyyatların üstünlükləri aşağıdakılardır:

Əməliyyatdan sonra ən uğurlu kosmetik görüntü

Xəstənin daha tez reabilitasiyası

Əməliyyatdan sonra ağrının minimum səviyyədə olması və ağrıkəsicilərdən daha az istifadə

Hospitalizasiya dövrünün daha az olması, yəni xəstə 24 saat ərzində ambulator şəkildə evə yazılır

Digər əməliyyat üsulları zamanı baş verə biləcək fəsad və ağırlaşmaların minimuma enməsi

Xatırladaq ki, Dr. İlahə Quliyeva Fransanın Qadın, Ana, Uşaq Mərkəzi Universitetinin Baza Xəstəxanasında işləyib. Hazırda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu çalışan Dr. İlahə Quliyeva müasir ginekologiyanın əldə etdiyi ən son uğurları Azərbaycanda tətbiq edən azsaylı mütəxəssislərdəndir.

Dr. İlahə Quliyeva ilə əlaqə saxlamaq üçün:

Tel: 050 365 80 90

//Aktual.az

Xəbər 15937 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR