Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarı bu qədər olacaq - Milli Məclis təsdiq etdi

Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarı bu qədər olacaq - Milli Məclis təsdiq etdi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR