Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu müəyyənləşdirildi

Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu müəyyənləşdirildi

Pensiyaçılar üçün 115 manat.

Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat məbləğində proqnozlaşdırılıb.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, 2016-cı il dövlət büdcəsi zərfində ölkəmizdə 2016-cı il üçün yaşayış minimumunun 136 manat olacağı proqnozlaşdırılıb.

Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində gözlənilir.

Aktual.az

Xəbər 837 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR