Azərbaycan Türkiyədən 40 təyyarə alır

Azərbaycan Türkiyədən 40 təyyarə alır

Azərbaycan Türkiyədən 40 ədəd yüngül motorlu təyyarə alacaq.

Aktual.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Bolu bələdiyyəsinin rəhbəri Ələddin Yılmaz bildirib.

Bələdiyyə sədri qeyd edib ki, yaxın vaxtlarda Boluda təyyarələrin istehsalı üçün müəssisə tikiləcək: “Yerli müəssisədə istehsal olunacaq təyyarələrin ilk sifarişi alınıb. 40 təyyarədən ibarət sifarişi Azərbaycan verib”.

Ə.Yılmaz onu da qeyd edib ki, Boluda istehsal edilməsi təklif edilən təyyarələr yüngül mühərriklidir və maksimum 8 nəfər üçün nəzərdə tutulub.

Xəbər 650 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR