Azərbaycan Rusiyadan qaz idxalına başlayır

Azərbaycan Rusiyadan qaz idxalına başlayır

Azərbaycana daxili istehlakçının tələbatını ödəmək üçün idxal qazı gərəkdir.

Rusiyanın “Qazprom” şirkəti Azərbaycana qaz tədarükünə başlayıb. 

Bildirilir ki, hal-hazırda tədarükün orta sutkalıq həcmi 6 milyon kubmetrdən ibarətdir.

Azərbaycana idxal qazı ilk növbədə daxili istehlakçının tələbatını ödəmək üçün lazımdır, belə ki, mavi yanacağa olan tələbat getdikcə artır.

“Qazprom”un məlumatına əsasən, saziş beş il ərzində qüvvədə olacaq. Tərəflər zərurət yarandıqda, sənədin müddətini artıra bilərlər. Bağlanılan müqavilə ildə iki milyard kubmetrə qədər həcmdə qaz tədarükünə imkan yaradacaq.

Məlumatda həmçinin son bir neçə il ərzində bu xammalın Azərbaycanda hasilatının ildə 5,5 milyard kubmetrə çatdığı bildirilib.

“Qazprom” bu əraziyə qazın tədarük edilməsinə 2004-cü ildə başlayıb.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayının 11-də Qazprom eksport şirkəti və “Azərbaycan metanol şirkəti” (AzMeCo) ildə 2 milyard kubmetr qazın alqı-satqısı üzrə ortamüddətli müqavilə imzalayıblar.\oxu

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR