Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa bu axşam çıxacaq.
Aktual.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.
Matç "Tipos Arena”da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu gün həmçinin 1/8 finalda Rumıniya – Avstriya, Yunanıstan – Serbiya, Çexiya – Monteneqro görüşləri baş tutacaq.
Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, turnir iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.
Xəbər 43 dəfə oxunub.