Azərbaycan-İtaliya oyununa 45 min bilet satılıb — SON DƏQİQƏ

Azərbaycan-İtaliya oyununa 45 min bilet satılıb   — SON DƏQİQƏ
  • İDMAN

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bugün keçiriləcək Azərbaycan - İtaliya matçına bilet satışı davam edir.

Trend-ə danışan AFFA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu bildirib ki, artıq 45000 bilet satılıb.

Xatırladaq ki, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 69 800 azarkeş tutumuna malikdir.

M.Nərimanoğlunun sözlərinə görə, oyunqabağı UEFA-nın iclası da artıq başa çatıb: “Azərbaycan-İtaliya matçına hazırlıq işləri çox yüksək səviyyədə gedir və hər şey qaydasındadır”.

Qeyd edək ki, Azərbaycan-İtaliya matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR