Azərbaycan İslam koalisiyasına qoşula bilər – Səfir

Azərbaycan İslam koalisiyasına qoşula bilər   – Səfir

Azərbaycan və Tacikistan Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi İslam koalisiyasına qoşulmaq barədə təklifi nəzərdən keçirir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “Əş-Şark əl-Ausat” qəzeti xəbər yayıb.

Tacikistan rəhbərliyi hazırda koalisiyaya qoşulmaq barədə təklifi nəzərdən keçirir.

Tacikistanın Səudiyyə Ərəbistanındakı səfiri Azamşo Latifzodə bildirib ki, Tacikistan prezidenti Emimali Rahman yanvarda Səudiyyə Ərəbistanına səfər edəcək və kral Salmanla görüşəcək. Görüş zamanı tərəflər terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələlərini, xüsusilə rəsmi Düşənbənin İslam hərbi blokuna qoşulmasını müzakirə edəcək.

Azərbaycanının Krallıqdakı səfiri Rasim Rzayev də rəsmi Bakının Səudiyyə ərəbistanın bu təklifini nəzərdən keçirdiyini bildirib.

“Azərbaycan Krallığın terrorizmin istənilən forması ilə mübarizə cəhdlərini dəstəkləyir. Bu, bizim ölkəmizin maraqlarındadır. Ona görə də biz İslam hərbi koalisiyasına qoşulmaq barədə təklifi nəzərdən keçiririk”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.

Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.

Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək. “Koalisiya fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələndirəcək. Antiterror koalisiyasının hədəfində yalnız İŞİD deyil, digər terror qruplaşmaları da olacaq ”, deyə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin-Salman bildirib.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiyaya 65 ölkə daxildir

Xəbər 654 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR