"Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsü olaraq qalacaq"


Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsü olaraq qalacaq, hətta Rusiyadan qaz kəməri vasitəsi ilə tranzit artacağı halda belə.

Bu barədə "Novosti Qruziya"ya müsahibəsində Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Gürcüstan 2007-ci ildən Rusiyadan qaz almır, əsas tədarükçü Azərbaycandır. Lakin Gürcüstan Rusiya qazının Ermənistana ümumi tranzit həcminin 10%-ni götürür.

"Əgər tranzit həcmi artarsa, və biz daha çox qaz alarıqsa, mən bunda pis bir şey görmürəm. Azərbaycan bu baxımdan bizim strateji tərəfdaşımızdır və bu belə olaraq qalacaq", — deyə Abaşidze bildirib.\trend

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR